logo

Ermənilər Fransadakı Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıblar

22:52 23-09-2022 | icon 1526
Ermənilər Fransadakı Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıblar

“Nor Seround” radikal erməni qrupu Fransadakı Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.

YeniAvropa xəbər verir ki, məqsəd UNESCO yanında Azərbaycan Milli Komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan tarixi və mədəni irsinin dağıdılmasına həsr edilmiş konfransın keçirilməsinə mane olmaq idi.

Ermənilər mədəniyyət mərkəzinin binasına rəngli boyalar atıblar, polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.