Azərbaycan və İsveçrə diplomatların ailə üzvlərinə yeni hüquq verir
Azərbaycan və İsveçrə diplomatların ailə üzvlərinin qarşılıqlı şəkildə qəbul edən dövlətdə işləməsinə icazə veriləcək.
YeniAvropa xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilib ki, razılığa gələn tərəflərdən birinin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin digər razılığa gələn tərəfdə və ya razılığa gələn tərəfin ərazisində təsis edilmiş beynəlxalq təşkilatda rəsmi akkreditə olunmuş üzvlərini müşayiət edən şəxslərə, bu sazişə əsasən, qəbul edilən dövlətdə və müşayiət etdikləri şəxslər eyni evdə yaşadıqları təqdirdə, qarşılıqlı şəkildə qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə veriləcək. Bundan başqa, qəbul edən dövlətin müəyyən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı milli qanunvericiliyi qorunub saxlanılır.
Müşayiət edən şəxslər dedikdə aşağıdakılar nəzərdə tutulur:
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünün xüsusi yaşama ərizəsinə malik nikahda olduğu həyat yoldaşı;
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünün qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq xüsusi yaşama icazəsi olan 25 yaşına çatmamış subay uşaqları, həmin uşaqlar 21 yaşına çatmamış diplomatik nümayəndəliklərin, konsulluqların və ya daimi nümayəndəliklərin üzvünün rəsmi səlahiyyətli müşayiət edən şəxs qismində qəbul edən dövlətə daxil olduqda və ya
- diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin üzvünü müşayiət edən, qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq xüsusi yaşama icazəsi olan hər hansı şəxsə qəbul edən dövlət özünün qüvvədə olan daxili qaydalarına əsasən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilə bilər.
Sənəd deputatların müzakirəsindən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb