logo

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

15:55 23-09-2022 | icon 3220
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Sentyabrın 23-də Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edirdi.

Qazaxıstan Respublikası baş nazirinin müavini – ticarət və inteqrasiya naziri, MDB İqtisadi Şurasının sədri Serik Jumanqarinin sədrlik etdiyi iclasda iqtisadi əməkdaşlığa dair geniş əhatəli məsələlərə baxılıb.

Nümayəndə heyətlərinin başçıları “Xidmətlərin sərbəst ticarəti və investisiya fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş layihəsi”, 2030-cu ilə qədər olan dövrdə Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramının həyata keçirilməsi, süni intellekt, robot texnikası, kvant texnologiyaları kimi istiqamətlər üzrə Birliyin ümumi innovasiya məkanının formalaşması, Kimya kompleksi sahələrinin Rəqəmsal Transformasiyası Konsepsiyasının və onun həyata keçirilməsinə dair birinci dərəcəli tədbirlər planının layihələri məsələlərini müzakirə ediblər.

İclasda “MDB Elektroenergetika Şurasının 2019-2021-ci illərdə fəaliyyəti” məsələsi, habelə ictimai səhiyyə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə halların qarşısının alınması və onlara reaksiya sahəsində Əməkdaşlıq Sazişinin və 2023-2026-cı illər üçün Dövlətlərarası Radionaviqasiya Proqramının layihəsi və başqa sənədlər bəyənilib.

İclas çərçivəsində Dövlətlərarası Antiinhisar Fəaliyyəti Şurasının 2018-2021-ci illərdə fəaliyyəti haqqında hesabat təqdim edilib.

İclas iştirakçıları iqtisadi, maliyyə və başqa sahələrdə əməkdaşlıq, o cümlədən Birlik iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitə tərəfindən təqdim edilmiş məsələlərə baxılıb, bu məsələlərin bir qismi növbəti iclasda baxılmaq üçün Hökumət Başçıları Şurasına göndəriləcək.

MDB İqtisadi Şurasının növbəti iclası 2022-ci il dekabrın 9-da Moskvada keçiriləcək.