logo

Xəzərdə bir sıra balıq növü azalıb

10:54 23-09-2022 | icon 1295
Xəzərdə bir sıra balıq növü azalıb

Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozlarını müəyyən etmək məqsədilə hər il kompleks ekoloji monitorinqlər keçirilir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov YeniAvropa-ya bildirilib ki, Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə keçirilən son monitorinqlərin nəticələrinə görə, dənizdə siyənəklərin və kefalların vəziyyətinin qənaətbəxş olduğu, adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının isə azaldığı müşahidə edilib.

“Ölkəmizdə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə hər il təbii su hövzələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir”, - deyə M.Axundov qeyd edib.