logo

Prezident Laçındakı orta məktəb binasının bərpasına 800 min manat ayırdı

13:13 22-09-2022 | icon 441
Prezident Laçındakı orta məktəb binasının bərpasına 800 min manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 22-də “Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb.