logo

Şabranda “Shacman”la “Nissan” toqquşdu:Ölən və yaralanan var

10:50 22-09-2022 | icon 8057
Şabranda “Shacman”la “Nissan” toqquşdu:Ölən və yaralanan var

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, avtoqəza rayonun Şahnəzərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük maşını ilə “Nissan” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin, Şabran rayonunun Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.