logo

Türkiyə səhiyyə naziri Azərbaycana işgüzar səfərə gəlib

10:30 22-09-2022 | icon 1078
Türkiyə səhiyyə naziri Azərbaycana işgüzar səfərə gəlib

Türkiyə səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, səfərdə əsas məqsəd bu gün Bakıda öz işinə başlayacaq "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”ndə iştirak etməkdir.

Tədbirdən əvvəl Türkiyə nümayəndə heyəti Fəxri xiyabanı və  Şəhidlər xiyabanını ziyarət ediblər.

Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə əklil və gül dəstələri qoyulub.

Sonra Fahrettin Koca “Türk şəhidliyi” abidəsinin “Xatirə kitabına” öz ürək sözlərini yazıb.

Türkiyə səhiyyə naziri səfəri çərçivəsində həmçinin Səhiyyə Nazirliyində görüş keçirəcək, eləcə də Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə səfər edəcək.