Sentyabrın 24-dən hava dəyişəcək-Umayra Tağıyeva
"Sentyabrın 23-nə kimi havada ciddi dəyişikliklər gözlənilmir, cənub-şərq küləyi üstünlük təşkil edəcək, lakin sentyabrın 24-dən başlayaraq hava dəyişəcək".
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Cənubda yerləşən ölkəmiz isti günəşli günlərin çox olması ilə səciyyələnir. Hətta bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil”, - Xidmət rəisi deyib.
U.Tağıyeva qeyd edib ki, insanın havadan asılılığı danılmazdır:
"Orqanizmimiz havanın istənilən dəyişməsinə kifayət qədər həssasdır. Genetik səviyyədə müxtəlif iqlim qurşaqlarında yaşayan əhalinin havanın istər isti, istərsə də soyuq olmasından asılı olmayaraq yerli iqlim şəraitinə uyğunlaşma qabiliyyəti var. Lakin hava göstəriciləri qəbul edilmiş iqlim normasından, başqa sözlə desək, müəyyən bir ərazi və ilin müəyyən bir fəsli üçün səciyyəvi olan hava şəraitinin orta göstəricilərindən əhəmiyyətli dərəcədə fərqləndikdə insan orqanizmi müəyyən reaksiya verir".
Xidmət rəisi vurğulayıb ki, son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir:
“Davamlı cənub-şərq istiqamətli hava axını havada nisbi rütubətin artmasına səbəb olur. Hətta nisbi rütubət gündüzlər 60-80 faiz arasında dəyişir ki, bu da normadan xeyli yüksəkdir”.
U.Tağıyevanın sözlərinə görə, havanın rütubəti insan orqanizminə təsir edən əsas parametrlərdən biridir. 30 dərəcədən yüksək temperatur şəraitində bu cür nisbi rütubət orqanizmin istilik ötürmə sürətinə təsir etməklə insanların əhvalında mənfi reaksiya yaradır:
“Belə ki, isti hava şəraitində yüksək rütubət, dərinin səthindən nəmin çıxmasına sanki mane olur, istilik ötürülməsi yavaşlayır, bu da bəzi narahatlıqlara səbəb olur”.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ