logo

Baş prokuror Ağdam şəhərində əməliyyat müşavirəsi keçirib

15:35 21-09-2022 | icon 1393
Baş prokuror Ağdam şəhərində əməliyyat müşavirəsi keçirib

Sentyabrın 21-də işğaldan azad edilmiş Ağdam şəhərində baş prokuror Kamran Əliyev əməliyyat müşavirəsi keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, müşavirədə Baş Prokurorluğun rəhbərliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlar iştirak ediblər.

Baş prokuror Kamran Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib.