logo

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

11:55 21-09-2022 | icon 567
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Moskva Donbasdakı referendumların nəticələrini tanısa, Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketini tətbiq edə bilər, lakin bu məsələdə üzv ölkələr arasında ortaq mövqe yoxdur.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Avropa İttifaqının rəsmi şəxslərinə istinadla məlumat yayılıb. Bildirilib ki, belə olacağı təqdirdə səsvermənin təşkilində və keçirilməsində iştirak edən şəxslər sanksiyalara məruz qalacaq. Həmçinin yeni sektoral sanksiyaların qəbulu da mümkündür.