logo

Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib

22:12 20-09-2022 | icon 1498
Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib

Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib.

YeniAvropa xəbər verir ki,  Hikmət Hacıyev özünün "Twitter" hesabında paylaşdığı başsağlığında qeyd edib: “Əziz dost Arye Rəşid Qut, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbir versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”.