logo

Rusiya futbol millisi "EURO-2024"də iştirak etməyəcək

17:58 20-09-2022 | icon 1043
Rusiya futbol millisi "EURO-2024"də iştirak etməyəcək

Futbol üzrə Rusiya milli komandası 2024-cü il Avropa çempionatında iştirak etməyəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının(UAF) prezidenti Andrey Pavelko açıqlama verib.

Onun sözlərinə görə, Valeri Karpinin baş məşqçi olduğu kollektiv ən azı 2024-cü ilədək beynəlxalq yarışlara buraxılmayacaq.

Qeyd edək ki, FIFA və UEFA Ukraynaya qarşı başladığı işğalçılıq müharibəsi səbəbindən Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.