logo

Daha 2 siyasi partiya ofis sahəsi ilə təmin olunub

17:17 20-09-2022 | icon 1302
Daha 2 siyasi partiya ofis sahəsi ilə təmin olunub

Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir. İş prosesi üçün daha əlverişli şəraitin yaradılması, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə siyasi partiyalar dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunur.

İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki,bu prosesin davamı olaraq, sentyabrın 20-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azad Vətən Partiyasına və Yeni Yol Partiyasına ofis sahəsi təqdim edilib.

Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.