logo

Lavrov Xəzər Şurasının yaradılmasını təklif edir

13:33 20-09-2022 | icon 1148
Lavrov Xəzər Şurasının yaradılmasını təklif edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər Şurası yaradılmasını mövcud qurum və mexanizmlərin fəaliyyətinin optimallaşdırılması üçün səmərəli vasitə hesab edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Xəzər Şurasının yaradılması təklifi ilə nazir özünün “Mejdunarodnaya jizn” jurnalında dərc olunmuş “Xəzər nadir mehriban qonşuluq regionudur” sərlövhəli məqaləsində çıxış edib. S.Lavrov beştərəfli formatda mövcud olacaq Xəzər Şurasının bürokratik əngəllərdən uzaq çevik işləyə biləcəyini vurğulayıb.

Məqalədə S.Lavrov, həmçinin qeyd edib ki, Xəzər beşliyinə daxil olan ölkələr – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan düz çıxış xətlərinin müəyyənləşdirilməsi metodikasına dair saziş layihələrini, eləcə də beştərəfli əməkdaşlığa dair sənədləri tezliklə razılaşdırmalıdırlar.

Onun sözlərinə görə, Tehran Konvensiyasının bütün Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya edilməsi regional sabitlik maraqlarına xidmət edər.