logo

Brakonyer Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarına xəsarət yetirib

12:52 20-09-2022 | icon 1211
Brakonyer Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarına xəsarət yetirib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəisi Hikmət Əlizadə YeniAvropa-ya bildirilib ki, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb: “Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.