logo

Kutaisidə silahlı şəxs banka hücum edib, 10 nəfəri girov götürüb

12:32 20-09-2022 | icon 588
Kutaisidə silahlı şəxs banka hücum edib, 10 nəfəri girov götürüb

Gürcüstanın ikinci ən böyük şəhəri olan Kutaisinin mərkəzində "Bank of Georgia"nın (Gürcüstan Bankı) yerli filialına silahlı hücum olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, silahlı şəxs bankda 10 nəfəri girov götürüb. O, 2 milyon lari (təqribən 700 min ABŞ dolları) tələb edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub, hazırda bütün zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Qeyd edək ki, son illər “Gürcüstan Bankı”nın filiallarına bir neçə dəfə basqınlar olur. Ən səs-küylü basqın 2020-ci il oktyabrın 21-də Zuqduqidə olub. Banka hücum edən şəxs polis və bank işçilərini girov götürümüşdü. O, 500 min dollar götürərək qaçıb. Onun axtarışları hələ də davam edir.