logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

10:10 20-09-2022 | icon 1141
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 58 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yeddi nəfər ölüb.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.