logo

Laçında ermənilərin basdırdığı daha 100 mina zərərsizləşdirilib

09:29 20-09-2022 | icon 1099
Laçında ermənilərin basdırdığı daha 100 mina zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.

Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.