logo

AZAL Səmərqənd şəhərinə reyslər açır

18:28 19-09-2022 | icon 1813
AZAL Səmərqənd şəhərinə reyslər açır

Azərbaycan Hava Yolları” QSC(AZAL) Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə aviareyslər yerinə yetirməyə hazırlaşır.

AZAL-dan YeniAvropa-ya bildirilib ki,oktyabr ayının əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə uçuşlar həyata keçirəcək. Aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artıracaq.

Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir, tezliklə isə cümə axşamı və bazar günləri də həyata keçiriləcək.

Yaxın zamanlarda aviaşirkətin “www.azal.az” rəsmi saytında aviabiletlərin satışının açılması gözlənilir. AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qeyd olunan daşınma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşlarına icazə verilən sərnişinlər bu reyslərdə daşınmaya qəbul ediləcək. Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytında, “Giriş qaydaları” bölməsindən əldə edə bilərsiniz.