logo

İlham Əliyev modul tipli məktəblrin tikintisi üçün 5 milyon manat ayırdı

16:32 19-09-2022 | icon 1253
İlham Əliyev modul tipli məktəblrin tikintisi üçün 5 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 19-da "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılsın".

Həmin vəsaitlə aşağıdakı məktəblər quraşddırılacaq:

Sıra №-si

Tədbirin adı

Ayrılan vəsait

(min manatla)

İcra müddəti

 1.

Kürdəmir rayonunun Axtaçı kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285,0

2022

 2.

Şamaxı rayonunun II Cabanı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

355,0

2022

 3.

Ağstafa rayonunun Köçvəlili kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

424,0

2022

 4.

Daşkəsən rayonunun Tapan kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

256,0

2022

 5.

Goranboy rayonunun Kürəkçay kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

256,0

2022

 6.

Şəmkir rayonunun Ələsgərli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

386,0

2022

 7.

Xaçmaz rayonunun Şıxlar kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

256,0

2022

 8.

Qusar rayonunun Hil sirt kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

424,0

2022

 9.

Cəlilabad rayonunun Moranlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382,0

2022

 10.

Cəlilabad rayonunun Sarxanlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382,0

2022

 11.

Cəlilabad rayonunun Əsədli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

386,0

2022

 12.

Lerik rayonunun Osyodərə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

210,0

2022

 13.

Lerik rayonunun Buruq kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

256,0

2022

 14.

Masallı rayonunun Sarıcəfərli kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

386,0

2022

 15.

Yardımlı rayonunun Cirimbel kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

356,0

2022

 

Cəmi:

5.000,0