logo

Turizm işçiləri peşə bayramlarını sentyabrın 29-da qeyd edəcəklər

16:11 19-09-2022 | icon 1190
Turizm işçiləri peşə bayramlarını sentyabrın 29-da qeyd edəcəklər

“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “27-si” sözləri “29-u” sözləri ilə əvəz edilib.