logo

Nyu-Yorkda Ceyhun Bayramov-Ararat Mirzoyan-Entoni Blinken görüş keçiriləcək

14:54 19-09-2022 | icon 1141
Nyu-Yorkda Ceyhun Bayramov-Ararat Mirzoyan-Entoni Blinken görüş keçiriləcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfərə gedib.