logo

Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin rəsmi açılış olacaq

12:32 19-09-2022 | icon 1463
Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin rəsmi açılış olacaq

Oktyabrın 1-də Azərbaycan qazını Bolqarıstana çatdıracaq Yunansıtan-Bolqarıstan İnterkonnekorunun(İGB) rəsmi açılışı olacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, interkonnektorun açılışı mərasimində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, həmçinin Azərbaycan, Serbiya, Rumıniya və Şimali Makedoniyanın yüksək rütbəli şəıxslərin iştirakı gözlənilir.

Bildirilir ki, açılışda enerji və regional əməkdaşlıq məsələləri, xüsusən də təbii qaz təchizatı potensialına görə bir sıra Avropa İttifaqı ölkələrinin rəğbətini qazanan Azərbaycanla gündəmə gətirəcək.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.