logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb

10:10 19-09-2022 | icon 1169
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə  törədilmiş 115 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb.