logo

Ermənistanın XİN başçısı ABŞ-a gedir

09:57 19-09-2022 | icon 1428
Ermənistanın XİN başçısı ABŞ-a gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək.

YeniAvropa xəbər verir ki, bu barədə  “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.

Onun başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə bır sıra görüşlər keçirəcəyi planlaşdırılıb.

Xatırladaq ki, bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyası başlayır.