logo

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

22:44 17-09-2022 | icon 1596
Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.Qeyd edilib ki, həkimlərin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.