logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 866 min nəfərə çatır

18:14 17-09-2022 | icon 2863
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 866 min nəfərə çatır

Sentyabrın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1081 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 320, ikinci doza vaksinlərin sayı 166, üç və daha çox doza vaksinlərin sayı 511, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 84-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 880 min 506, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 379 min 218, ikinci mərhələ üzrə 4 milyon 865 min 880, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 374 min 423, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 260 min 985-dir.