logo

İlham Əliyev mətbuatla bağlı yeni fərman imzaladı

16:56 17-09-2022 | icon 1946
İlham Əliyev mətbuatla bağlı yeni fərman imzaladı

Prezident İlham Əliyev sentyabrın 17-də "“Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında" fərman imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanla  “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı” və  “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilib.

 Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) siyahısı:

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “AzTV” televiziya yayımçısı.

2. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “İdman TV” televiziya yayımçısı.

3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Mədəniyyət TV” televiziya yayımçısı.

4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Azərbaycan Radiosu” radio yayımçısı.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “ASAN Radio” radio yayımçısı.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “Avto FM” radio yayımçısı.

Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı:

Sıra

№-si

Dövlət orqanının (qurumunun) adı

 

 1.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

2. 

Azərbaycan Respublikasının  Elm və Təhsil Nazirliyi

3. 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

4. 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

5. 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

6. 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

7. 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

8. 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

9. 

Azərbaycan Milli Elmlər Akademiyası

10. 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi