logo

Şahmatçımız Ayan Allahverdiyeva dünya ikincisi olub

15:55 17-09-2022 | icon 2163
Şahmatçımız Ayan Allahverdiyeva dünya ikincisi olub

Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında dünya birinciliyi keçirilib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, şahmatçımız Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb.

Digər təmsilçilərimiz Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıblar.

Şahmatçılarımız sonuncu dəfə 18 yaşadək idmançılar arasında dünya çempionatında 2013-cü ildə medala layiq görülüblər. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutub.