logo

Samboçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

14:15 17-09-2022 | icon 2247
Samboçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatı start götürüb.

YeniAvropa xəbər verir ki, Serbiyanın Novi-Sad şəhərində təşkil edilən yarışın birinci günündə millimizin üzvləri Mirfəttah Seyidəliyev (64 kq) və Eyvaz Nəsibli (98 kq) mübarizəyə başlayırlar.

Sentyabrın 18-də Mehman Xəlilov (58 kq), Emil Həsənov (71 kq), Ramil Vəliyev (79 kq), Ceyhun Hüseynov (88 kq), Nəbi Məmmədov (98 kq) və Toğrul Salmanov (+98 kq) güclərini sınayacaqlar.