logo

Avropa çempionatı: 2 cüdoçumuz finala yüksəlib

15:35 16-09-2022 | icon 1239
Avropa çempionatı: 2 cüdoçumuz finala yüksəlib

Azərbaycanın daha bir cüdoçusu Vüsal Qələndərzadə Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.

 YeniAvropa xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Qələndərzadə yarımfinalda macarıstanlı Gergeli Adoryanini 3 dəqiqəyə ipponla üstələməyi bacarıb. Finalda o, italiyalı Luici Sentraççio ilə görüşəcək.

81 kq çəkidəki Elcan Hacıyev də finalda italiyalı Brayt Maddaloni Nosa ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.