logo

"ABU Arena" adını "AHF Arena"ya dəyişir 

13:53 16-09-2022 | icon 2429
"ABU Arena" adını "AHF Arena"ya dəyişir 

Azərbaycanın həndbol üzrə milli komandaları və klubları üçün nəzərdə tutulan "ABU Arena" idman kompleksi yaxın günlərdə "AHF Arena" kimi fəaliyyətə başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, idman sarayında xeyli vaxtdır həyata keçirilən təmir işləri artıq yekunlaşmaq üzrədir.

Federasiya rəsmisi bildirib ki, qısa müddət ərzində kompleksdə xeyli iş görülüb: "Məşq zalında, soyunub-geyinmə və istirahət otaqlarında təmir işləri başa çatdırılıb. 2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq, həndbolçuların ixtiyarına verilib".

"AHF Arena"da  həm yerli, həm də beynəlxalq miqyaslı yarışlar keçiriləcək.