logo

Dünya çempionatı:Bu gün 3 güləşçimiz mübarizəyə qoşulur

12:12 16-09-2022 | icon 2219
Dünya çempionatı:Bu gün 3 güləşçimiz mübarizəyə qoşulur

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, dünya çempionatının yeddinci günündə Azərbaycanın daha üç sərbəst güləşçisi xalça üzərində mübarizə aparacaq.

Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində Kim Sonqvonla (Cənubi Koreya) üz-üzə gələcək.

Yetmiş dörd kiloqram çəki dərəcəsində Turan Bayramov onaltıdabir finalda Miroslav Kirovu (Bolqarıstan) sınağa çəkəcək.

Doxsan iki kiloqramda yarışan Osman Nurməhəmmədov isə səkkizdəbir finalda Straxinya Despiç (Serbiya)-Maksvell Lemar (Kosta Rika) cütünün qalibi ilə görüşəcək.