logo

İlham Əliyev “Qarabağ”ın  qələbəsi ilə bağlı paylaşım edib

23:21 15-09-2022 | icon 490
İlham Əliyev “Qarabağ”ın  qələbəsi ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” komandası üzərində qazandığı inamlı qələbə ilə bağlı özünün "Twitter" hesabında paylaşım edib.

YeniAvropa xəbər verir ki, paylaşımda deyilir: “Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, “Qarabağ”ın qollarını Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç vurublar. Hazırda Ağdam təmsilçisi 3 xalla qrupda ikinci pillədə qərarlaşıb.

 

file.-0+