logo

Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə iş davam edir-Risiya XİN

15:55 15-09-2022 | icon 434
Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə iş davam edir-Risiya XİN

Hazırda yaranmış eskalasiyaya və gərginliyə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə iş dayanmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə bildirib.

Diplomat daha sonra əlavə edib ki, Rusiya tərəfi bu işə zəruri kömək göstərir və müvafiq səylər davam etdiriləcək. O vurğulayıb ki, vəziyyətin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsas nizamlanmalıdır.

M.Zaxarova deyib: “Biz tərəfləri təmkinlilik nümayiş etdirməyə, bütün problemləri siyasi-diplomatik yolla, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində Rusiyanın məşvərətçi kimi köməyi ilə həll etməyə çağırırıq”.