logo

KTMT Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır

14:58 15-09-2022 | icon 1176
KTMT Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır.

YeniAvropa xəbər verir ki, bunu KTMT birləşmiş qərargahının rəisi Anatoli Sidorov deyib.

O bildirib ki, təşkilat Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyir. A.Sidorovun sözlərinə görə, münaqişənin həlli üçün hərbi güc tətbiq edilməsindən, xüsusilə də KTMT qüvvələrindən istifadə olunmasından söhbət getmir.

A.Sidorov sentyabrın 15-də axşam bir qrup vəzifəli şəxslə Yerevana gedəcəyini, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edən KTMT-nin Baş katibi Stanislav Zasın isə Ermənistan-Azərbaycan sərhədinə sentyabrın 16-da səfər edəcəyini vurğulayıb. Qərargah rəisi KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifinin Rusiya Prezidenti Vladimir Putin tərəfindən verildiyini qeyd edib.

Səfərdən sonra missiya hesabat hazırlayacaq və təşkilatın üzvü olan dövlətlərin başçılarına təqdim edəcək.