logo

Milli Məclisin deputatları beynəlxalq tədbirdə iştirak edəcəklər

14:13 15-09-2022 | icon 378
Milli Məclisin deputatları beynəlxalq tədbirdə iştirak edəcəklər

Milli Məclisin deputatları Soltan Məmmədov və Vüqar Bayramov sentyabrın 16-da Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, deputatlar Beynəlxalq Astronavtika Federasiyasının 73-cü Konqresi çərçivəsində keçiriləcək Federasiyaya üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclasında iştirak edəcəklər.

Tədbir “Hamı üçün kosmos: problemlərin aradan qaldırılması üçün ictimaiyyəti və siyasətçiləri cəlb etmək” mövzusuna həsr olunub. Yığıncaqda kosmik məkanda təhlükəsizliyin təmin edilməsi, kosmik fəaliyyətin əhəmiyyəti, bu sahədə ictimaiyyətin maarifləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Deputatlarımız tədbirdə müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər sentyabrın 21-də başa çatacaq.