logo

MİDA-nın mənzil satışı texniki səbəbdən təxirə salındı

11:34 15-09-2022 | icon 1309
MİDA-nın mənzil satışı texniki səbəbdən təxirə salındı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında “ASAN login” üzərində yüklülük nəticəsində texniki problem yaranıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı deyib.

O qeyd edib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov bildirib ki, yaranan texniki problemin səbəbi çox sayda insanın eyni anda sistemə daxil olmasıdır: “Sistemdə yüklənmə olduğundan problemlər yaranıb. Hazırda bu istiqamətdə araşdırma aparılır, sistemin bərpa olunması üçün işlər görülür. Mənzillərin satışı yenidən təşkil olunacaq. Hələlik, tarix bəlli deyil”.

Qeyd edək ki, bu gün saat 11:00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı.