logo

Duman səbəbindən sabah bəzi yollarda görmə məsafəsi azalacaq

17:57 14-09-2022 | icon 539
Duman səbəbindən sabah bəzi yollarda görmə məsafəsi azalacaq

Sentyabrın 15-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şəmkir-Gədəbəy, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi 500-800 metrədək məhdudlaşacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.