logo

Ordumuz tərəfindən Rusiya hərbiçilərinə atəş açılmayıb-MN

17:27 14-09-2022 | icon 910
Ordumuz tərəfindən Rusiya hərbiçilərinə atəş açılmayıb-MN

Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür.

Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür.