logo

Azərbaycan 100-dək Ermənistan hərbçisinin cəsədlərini qarşı tərəfə verməyə hazırdır

15:55 14-09-2022 | icon 658
Azərbaycan 100-dək Ermənistan hərbçisinin cəsədlərini qarşı tərəfə verməyə hazırdır

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari il sentyabrın 12-13-də ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində Ermənistanın həlak olmuş 100-ə qədər hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki,  bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.