logo

Qadın güləşçimiz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

14:34 14-09-2022 | icon 1715
Qadın güləşçimiz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

YeniAvropa xəbər verir ki,  çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz təsəlliverici qarşılaşmada Aslı Demiri (Türkiyə) məğlub edib. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə Fransa idmançısı Kumba Larrokla qarşılaşacaq.