logo

7 ayda ölkədə 35 mindən çox cütlük nikaha daxil olub

11:55 14-09-2022 | icon 1036
7 ayda ölkədə 35 mindən çox cütlük nikaha daxil olub

Yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 min 646 nikaha daxilolma və 8 min 862 boşanma halı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5.2-dən 6.1-ə qədər artıb, boşanmaların sayı isə 1.7-dən 1.5-ə enib.