logo

Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatları var-TƏBİB

11:33 14-09-2022 | icon 1393
Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatları var-TƏBİB

Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an tibb müəssisələri qanla təmin edilə bilər.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB rəsmi məlumat yayıb.

TƏBİB, həmçinin sosial şəbəkə istifadəçilərini yalnız rəsmi məlumatlara istinad etməyə çağırır. Məlumatda deyilir: “Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur. Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq”.