logo

Gürcüstan Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərdən narahatdır

11:11 14-09-2022 | icon 889
Gürcüstan Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərdən narahatdır

Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlarla bağlı bəyanat yayıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında növbəti hərbi eskalasiyanı və qarşıdurma nəticəsində yaranmış vəziyyəti narahatlıqla müşahidə edirik. Məlumata görə, ölən və yaralananlar var. Tərəflərin məsələnin sülh danışıqları yolu ilə həllinə nail olmaları və münaqişənin daha da gərginləşməməsi lazımdır. Vəziyyətin gərginləşməsi bütün regionun təhlükəsizliyinə çox mənfi təsir göstərəcək".

Sənəddə gərginliyin qarşısını almaq və dialoqun yenilənməsini təmin etmək üçün beynəlxalq ictimaiyyətin birgə səylərin vacibliyi xüsusilə qeyd olunur.

"Gürcüstan regionda sülhün və sabitliyin bərpasında fəal iştirakını davam etdirməyə hazırdır, o cümlədən Gürcüstanda tərəflər arasında dialoqa ev sahibliyi etməyi təklif edir", - deyə bəyanatda vurğulanır.