logo

ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng etdi

21:01 13-09-2022 | icon 1190
ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng etdi

Sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd edib.

Dövlət başçısı Azərbaycanın sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini bildirib.