logo

Azərbaycan tərəfindən cavab addımları legitim hərbi hədəflərə yönəlib-XİN

20:30 13-09-2022 | icon 1169
Azərbaycan tərəfindən cavab addımları legitim hərbi hədəflərə yönəlib-XİN

Azərbaycan tərəfindən cavab addımları məhdud xarakterli olub, legitim hərbi hədəflərə yönəlib və mülki əhali hədəfə alınmayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə ölkəmizdə akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün təşkil olunan brifinqdə bildirilib.

Qeyd olunub ki, şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktı son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementidir.