logo

Səmərqənddə Vladimir Putin-İlham Əliyev görüşü keçiriləcək

19:54 13-09-2022 | icon 1001
Səmərqənddə Vladimir Putin-İlham Əliyev görüşü keçiriləcək

Rusiya prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşləri gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Rusiya prezidenti sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bundan əlavə, Rusiya dövlət başçısının İran, Qırğızıstan, Türkmənistan prezidentləri, eləcə də Hindistan və Pakistanın baş nazirləri ilə görüşləri planlaşdırılır.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.