logo

Prezident, Ali Baş Komandan İlham Əliyev Ordu rəhbərliyi ilə operativ müşavirə keçirib

15:17 13-09-2022 | icon 2870
Prezident, Ali Baş Komandan İlham Əliyev Ordu rəhbərliyi ilə operativ müşavirə keçirib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 13-də Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.