logo

Karateçimiz Ülvi Məmmədov dünya çempionu olub

12:55 13-09-2022 | icon 917
Karateçimiz Ülvi Məmmədov dünya çempionu olub

Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı keçirilib.

 YeniAvropa xəbər verir ki, dünya çempionatında milli komandamız da iştirak edib. Böyüklər arasında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi 4 döyüşün hamısını qələbə ilə başa vurub.

Ü.Məmmədov fəxri kürsünün birinci pilləsinə qalxaraq, dünya çempionu tituluna sahib olub